• İQTİSADİYYAT

    12:08 21 may 2019

"Səngəçal" Elektrik Stansiyasında "itirilmiş" 62 MVt güc bərpa edilib

“Azərenerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində “Səngəçal” Elektrik Stansiyası üzrə itirilmiş gücün bərpası 62 MVt-a çatdırıb.

ASC-dən ONA-ya verilən məlumata görə, ümumilikdə ilin sonunadək “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat “itirilmiş” güc bərpa olunacaq və bununla da Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlığı və dayanıqlığı üçün daha bir addım atılmış olacaq.

Qeyd edək ki, ötən ilin payızında qəbul edilən “Reabilitasiya Proqramına” qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 MVt “itirilmiş” güc bərpa edilib. Eyni zamanda, işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub. Həmin işləməyən 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 MVt “itirilmiş” güc bərpa edilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR