• İQTİSADİYYAT

    14:09 31 may 2019

"Şərq Tərəfdaşlığı" çərçivəsində mobil rabitə xidmətləri üzrə rouminq sazişləri 2020-ci ildə imzalanacaq

Avropanın “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində mobil rabitə xidmətləri sahəsində rouminq sazişləri 2020-ci ildə imzalanacaq.

ONA-nın xəbərinə görə bunu Bakıda keçirilən "EU4Digital" layihəsinin təqdimatında çıxış edən layihə üzrə komanda rəhbəri Arturas Piliponis deyib.

Onun sözlərinə görə, saziş imzalanandan sonra növbəti mərhələdə hüquq normaları gücləndiriləcək.

"Elə ölkələr var ki, orada ümumiyyətlə sahəni tənzimləyəcək qanunvericilik mövcud deyil. Bu sahə isə nə qədər yaxşı tənzimlənsə, bir o qədər də göstərilən xidmətlər şəffaf və ədalətli qaydada təmin olunar. "Şərq Tərəfdaşları" ölkələrində mövcud rouminq tariflərinə dəyişikliklər etmək üçün tədqiqatlar aparıldı və hazırda əldə olunan nəticələr üzərində işlər gedir. Onu da deyim ki, tədqiqatlar tariflərin endirilməsi, mobil rabitə xidmətlərin daha çox istifadəsinə gətirib çıxardığını göstərir", - deyə A. Piliponis qeyd edib.

"EU4Digital" layihə üzrə komanda rəhbəri həmçinin mobil rabitə xidmətlərində tətbiqi gözlənilən 5G texnologiyası barəsində danışarkən bildirib ki, bu şəbəkənin genişləndirilməsi üçün aşağı tezliklərin istifadə olunması gözlənilir.

"5G mobil rabitə xidmətlərin tətbiqində 700 MHz tezliklər istifadə olunacaq ki, biz bunu “Şərq Tərəfdaşları” ölkələrinə də tövsiyə edirik", - deyə A. Piliponis əlavə edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR