• İQTİSADİYYAT

    11:12 31 may 2019

"Şərq Tərəfdaşlığı" ölkələri arasında vahid rouminq tarifi tətbiq olunacaq

“Şərq Tərəfdaşlığı” ölkələrinin altısında vahid rəqəmsal dəhlizin yaradılması ölkələrlə Avropa İttifaqı (Aİ) üzvləri arasında olan rouminq tariflərinə də öz təsirini göstərəcək.

ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən "Eu4Digital" layihəsinin təqdimatında çıxış edən Aİ-nin Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan işlərdən biri 6 “Şərq Tərəfdaşlığı” ölkə arasında məhz rouminq sazişlərin imzalanmasıdır ki, burada həmçinin rouminq tariflərinə dair də məsələlər baxılacaq.

Öz növbəsində Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov əlavə edib ki, “Şərq Tərəfdaşlığı” ölkələri arasında artıq bu proseslər komponent çərçivəsində həyata keçirilir.

"Layihə hazırdır və növbəti mərhələdə biz Aİ-dən gözləyirik ki bu uyğunlaşdırılma davam etsin, yalnız “Şərq Tərəfdaşlığı” ölkələri arasında deyil, sonradan Avropa ölkələri ilə də rouminq tariflər uyğunlaşsın", - deyə R. Əzizov qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR