• İQTİSADİYYAT

    17:37 8 aprel 2019

Səudiyyə Ərəbistanının enerji naziri: Neft hasilatını azalmasına dair razılıq haqda danışmaq hələ tezdir

OPEC və qurumun üzvləri hasilatın azaldılmasına dair bir razılığa gəlmələri haqda danışmaq hələ tezdir. Bu məsələ üzrə mayda keçiriləcək OPEC+ üzrə Monitorinq Komitəsinin görüşü həlledici olacaq. ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falihə bildirib.

Qeyd etmək lazımdır ki, Monitorinq Komitəsinə OPEC üzvləri və qurumun mütəffiq ölkələrinin enerji nazirləri və qlobal istehsalın azaldılması paktına qatılan digər aparıcı neft istehsalçıları daxildir.

“Koordinasiya Komitəsinin görüşü qərarın verilməsində əsas məqamlardan biri olacaq, çünki o ana kimi biz bu məsələ üzrə ortaq fikri biləcəyik”, - deyə Xalid əl-Falih qeyd edib.

Nazir neft ehtiyatlarının orta səviyyədən yuxarı qalmasına baxmayaraq, bazarın balansa doğru hərəkət etdiyini də bildirib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR