“2018-ci ilin yekunlarına görə, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 20 milyon dollardan çox olmayıb. Qarşılıqlı investisiya həcmi də inkişaf proqramlarına uyğun gəlmir”.
ONA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının V iclasında Komissiyanın həmsədri, Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər bildirib.
Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri deyib ki, gömrük sahəsində qarşılıqlı əməkdaşlıq sazişinin imzalanması vacibdir: “Tərəflər arasında yol xəritəsini müəyyən edəcək İşgüzar Şuranın yaradılması vacibdir. Hər iki ölkənin iş adamları və investorları bu sahədə dəstəklənməlidir”.