Azərbaycan Dünya Bankı ilə 1990-cı ildən bəri 50-dən çox layihə icra edib və bu layihələrdə 4 milyard dollardan çox vəsait cəlb edilib.
ONA-nın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli forum”da çıxış edərkən deyib.
Onun sözlərinə görə, müstəqil Azərbaycanın iqtisadi-sosial əhəmiyyətli məsələlərinin həllinə Dünya Bankı öz töhfəsini verib.
"Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edərək, öz iqtisadi-sosial həyatının inkişaf etdirilməsi üzrə tədbirlər görüb. Və əlbəttə ki, bu beynəlxalq təşkilatlar sırasında Dünya Bankı hər zaman geniş fəaliyyəti və sıx əlaqəsi ilə seçilib", - deyə nazir müavini qeyd edib.