• İQTİSADİYYAT

    10:56 3 iyun 2019

SİF: Azərbaycandan Gürcüstana gedən turistləri ölkədə saxlamaq üçün işlər görülməlidir

Azərbaycandan Gürcüstana gedən turistləri ölkədə saxlamaq və digər ölkələrdən turistləri cəlb etmək üçün işlər görülməlidir.

ONA-nın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədr müavini, Fondun sədr vəzifəsini icra edən Arif Vəliməmmədov bu gün Bakıda keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycandan Gürcüstana 1,6 mln. nəfər turist gedib.

“Turistləri Azərbaycanda saxlamaq və digər ölkələrdən turistləri ölkəyə cəlb etmək gətirmə üçün işlər aparılmalıdır. Bu məqsədlə respublikada şərait yaradılmalıdır və bunun üçün Azərbaycanda bütün imkanlar və potensial mövcuddur”, - deyə A. Vəliməmmədov bildirib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR