Maliyyə Bazarlarına Nəzarət Palatası cari ilin yanvar-fevral ayı üzrə sığorta bazarının göstəricilərini açıqlayıb.
ONA Palataya istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral ayı üzrə ən çox sığorta haqqı “Paşa Sığorta”, "Paşa Həyat Sığorta” və "Atəşgah Sığorta" şirkətləri tərəfindən toplanılıb. Toplanan ən az sığorta haqqı isə "Naxçıvansığorta"ya məxsus olub.
Qeyd edək ki, hesabatn dövründə ümumilikdə 132,819 mln. manat sığorta haqqı toplanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.
Sığorta şirkətlərinin yanvar-fevral ayı üzrə sığorta haqlarına görə renkinqi
"Paşa Sığorta" 57 970,8 min
"Paşa Həyat Sığorta" 24 222,9 min
"Atəşgah Sığorta" 8 328,2 min
"İpək Yolu Sığorta" 6 802,8 min
"Meqa Sığorta" 5 549,1 min
"Atəşgah Həyat" Sığorta 5 067,5 min
"Qala Sığorta" 4 706,1 min
"Ata Sığorta" 3 809,1 min
"Xalq Sığorta" 3 740,7 min
“Dövlət Komersiya Sığorta Şirkəti" 3 805,7 min
"AZSIĞORTA" 2 163,6 min
"Qala Həyat" 1 766,9 min
"Standart İnsurance" 1 168,0 min
"A -Group Sığorta" şirkəti 1 127,3 min
"AXAMBASK" 913,9 min
"Azərbaycan Sənaye Sığorta" 650,0 min
"Rəvan Sığorta" 424,6 min
"Günay Sığorta" 384,9 min
"Bakı Sığorta" 120,5 min
"Amrah Sığorta" 60,6 min
"Naxçıvansığorta" 35,6 min