• İQTİSADİYYAT

    09:16 19 mart 2019

"AtaSığorta" ötən ili zərərlə başa vurub

"AtaSığorta" şirkəti ötən ilin maliyyə göstəricilərini açıqlayıb. ONA şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "AtaSığorta" 2018-ci ili 7,077 mln. manat zərərlə başa vurub.

2017-ci illə müqayisədə ötən il sığorta şirkətinin gəlirləri 66% (8 mln. manatdan çox) artaraq 22,166 mln. manat təşkil edib. Lakin şirkət ötən il gəlirlərindən 7 mln. manatdan çox ehtiyatlara ayırdığı üçün cəmi gəlirləri azalıb. Şirkətin 2018-ci ilin əvvəlində aktivləri 29 mln. mnatadan çox olduğu halda, ilin sonuna bu göstərici 28,417 mln. manat olub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR