• İQTİSADİYYAT

    17:17 10 aprel 2019

Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyənlər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

ONA-nın Palataya istinadən verdiyi məlumata görə, nəticələrə əsasən, attestasiyada iştirak edən namizədlərdən 3 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR