• İQTİSADİYYAT

    18:43 8 aprel 2019

"Sipark İnşaat": Böhtan xarakterli yazılarla bağlı məhkəmədə iddia qaldırmışıq

"Sipark İnşaat" şirkətinə qarşı çirkin qara piar siyasəti aparılır. Son günlər bu tip yazıların sayı artmağa başlayıb".

ONA-nın məlumatına görə, bunu "Sipark İnşaat"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Nurəddinqızı deyib.

İradə Nurəddinqızının açıqlamasında bildirilir: “Bir müddət əvvəl bəzi saytlarda gedən böhtan xarakterli yazılarla bağlı Bakı şəhəri Binəqədi rayon məhkəməsində iddia qaldırmışıq. Dünən növbəti - “Sipark” rəhbəri Seymur İsayev həbs oluna bilər-PREZİDENTƏ MÜRACİƏT HAZIRLANIR” başlıqlı iftira və şər-böhtanla dolu yazı saytlarda tirajlandı. Yazıda konkret ağır cinayətlərdə ittiham edən məlumatlar öz əksini tapıb. Bu saytlar ölkədə nə neqativ hadisə baş verirsə, şirkətimizi və rəhbərini əsassız şəkildə həmin hadisəyə bağlamağa çalışır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı xeyli tədbirlər gördüyü bir dövrdə bu saytlar öz böhtan dolu yazıları ilə 15 ildir, fəaliyyət göstərən şirkət və onun rəhbərini iftiraları ilə ləkələməyə çalışırlar. Buna görə də iftira atmaq, işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqətin təhqir olunması və şəxsi həyatın toxunulmazlığı prinsiplərini əsas götürərək hüquq-mühafizə və təhlükəsizlik orqanlarına müraciət etməyi qərara aldıq. Belə ki, Baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə və daxili işlər naziri, general-polkovnik Ramil Usubova qara piar aparan saytlar barəsində cinayət işi başlanılmaqla ciddi tədbir görülməsi üçün müraciət olunub".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR