“Teleradio” İstehsalat Birliyi Şirvan şəhərində çoxkanallı rəqəmsal televiziya paketinin test yayımına başlayıb. Bu barədə ONA-ya İB-dən bildirilib.
"Teleradio"dan verilən məlumata görə, xidmət cari ilin ortalarına istifadəçilərin ixtiyarına veriləcək.
Hazırda kommersiya yayımına qoşulmaq imkanı Gəncə, Lənkəran və Qubada, həmçinin ətraf ərazilərdə (Samux, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy, Göygöl, Astara, Masallı, Cəlilabad, Qusar, Xaçmaz, Dəvəçi və s.) mümkündür. İstifadəçilər üçün Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin 90-dan çox müxtəlif televiziya proqramını izləmək imkanı yaradılıb. Kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılıb və aylıq abunə haqqı 6 manat təşkil edir.
Qeyd edək ki, Bakıda kommersiya paketi "ATV+" brendi ilə təqdim edilir.