• İQTİSADİYYAT

    13:12 9 aprel 2019

Siyavuş Novruzov: "Hesablama Palatasının fəaliyyəti Prezidentin apardığı islahatların sürətinə çatdırılmalıdır"

“Biz köhnə sistemdən çıxıb yeni sistemə daxil olmalıyıq. Prezident islahatlar aparır, yeni strukturlar yaradılır, işini düzgün qurmayan köhnə strukturlar ləğv edilir”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov söyləyib.

S. Novruzov deyib ki, Hesablama Palatasının fəaliyyəti Prezidentin apardığı islahatların sürətinə çatdırılmalıdır: “Hesablama Palatası planlı və növbədənkənar yoxlamalar nəzərdə tutur. Tutaq ki, müxtəlif sahələrdə büdcə vəsaitlərin mənimsənildiyi sonradan üzə çıxarılır. Belə şəxslər büdcə vəsaitlərini geri qaytarmaq əvəzinə cəza çəkməyi üstün tutur. Ona görə də Hesablama Palatasının yoxlamaları bəlkə də illik, yaxud 6 aylıq olmalıdır. Hesablama Palatası yoxlamalar aparıb, büdcəyə bərpanı təmin etməlidir. Eyni zamanda aralıq dövründə monitorinqi təmin etməlidir. Nəzarət gücləndirilməlidir ki, korrupsiyaya meylli insanların qarşısı alınsın. Biz yeni mexanizmlə, metodla bu nəzarəti təmin etməliyik”.

S. Novruzov məhkəmə-hüquq islahatlarının aparıldığına da diqqət çəkib: “Hesablama Palatasının da fəaliyyəti bu sahə ilə bağlıdır. Hesablama Palatası büdcə vəsaitləri ilə bağlı problemlər üzə çıxanda məhkəməyə müraciət edir, bu da illərlə çəkir. Hesablama Palatasına müəyyən səlahiyyətlər də verilməlidir ki, bu sahədə ciddi addımlar ata bilsin”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR