• İQTİSADİYYAT

    16:52 16 aprel 2019

SOCAR bu ilin I rübündə qazma işlərini azaldıb

Bu ilin birinci rübündə SOCAR 40 min metrdən artıq qazma işləri həyata keçirib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,5% azdır.

ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, hesabat dövründə SOCAR 40,3 min metr qazma işləri həyata keçirib.

Qeyd edək ki, 2018-ci ilin birinci rübündə SOCAR üzrə aparılan qazma işlərinin həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 14% artıb. Nəticədə, SOCAR tərəfindən qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR