• İQTİSADİYYAT

    15:05 24 aprel 2019

SOCAR bu il Azərbaycanda sıxılmış qaz məntəqələrinin sayını 14-ə çatdıracaq

SOCAR bu ilin sonunadək Azərbaycanda sıxılmış qaz məntəqələrinin sayını 14-ə çatdırmaq niyyətindədir. ONA-nın məlumatına görə, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda SOCAR-ın sıxılmış qaz məntəqələrinin sayı 9-dur: "Bu il məntəqələrin sayını 14-də çatdırmağı planlaşdırırıq, lakin, faktiki bu göstəricinin 12-13-ə çatacağı gözlənilir. Regionlarda da əlavə 6 məntəqənin yaradılması nəzərdə tutulub.".

D. Məmmədov onu da qeyd edib, 2020-ci ildə iki sıxılmış qaz terminalının (biri Bakıda, digəri regionda) tikintisi planlaşdırılır.

Şirkətin əsas məqsədlərindən biri də ölkədə nəqliyyat istiqamət edən ərazilərdə hər 100 km-dən bir sıxılmış qaz və elektrik doldurma məntəqələrinin təşkilidir.

D. Məmmədov əlavə edib ki, ölkədə ictimai nəqliyyat sıxılmış qazla işləməyə başlasa, SOCAR bu növ yanacaqla daxili bazarı təmin etməyə hazırdır: "Problem ondadır ki, belə nəqliyyat vasitələri olduqca azdır".

Emil

Teqlər:

SON XƏBƏRLƏR