• İQTİSADİYYAT

    15:07 16 aprel 2019

SOCAR ən yüksək debitli quyusunu istismara verib

"Ümid” yatağında SOCAR üzrə ən yüksək debitli quyu qazılıb istismara verilib.

ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, quyudan illik 900 mln kebmetrədək təbii qaz hasil olunacaq.

“Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6 810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlamışdır”, - xəbərdə deyilir.

Quyunun potensial hasilatı gündəlik 2,5 mln. kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə 5 940 - 6 810 metr dərinliyindən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilib.

Qeyd edək ki, layihənin mühəndislik dizaynı SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihə SOCAR-ın “Ümid-Babək” Əməliyyat Şirkəti tərəfindən idarə edilib, qazma üzrə podratçı “SOCAR AQŞ” olub. Digər podratçılar, o cümlədən “Baker Hughes GE”, “Cameron”, “Sumitomo”, “Azeri MI”, “Weatherford”, “Schlumberger”, “Interwell”, “Azorel”, AXDG, CMS, “Azlab” şirkətləri layihənin uğurla həyata keçirilməsinə mühüm töhfə veriblər.

Emil

Teqlər:

SON XƏBƏRLƏR