Gürcüstanda benzin növbəti dəfə iki-üç tetri ucuzlaşıb.
ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, son günlərdə demək olar ki, bütün şirkətlər yanacağın qiymətini azaltmaqda davam ediblər.
SOCAR yanacaq doldurma məntəqələrində “Avro reqular”ın bir litri 2.26 laridən 2.23 lariyə qədər ucuzlaşdırıb.
Digər yanacaqdoldurma məntəqələri də qiymətləri aşağı salıblar. “Gulf” şəbəkəsində “Avro reqular” 2.26-dan 2.24-ə, “Lukoil”-da 2.25-dən 2.22-yə və “Vissoil”-da 2.32-dən 2.29 lariyə qədər azalıb.
Bundan əvvəl benzin qiymətinin ucuzlaşması fevral ayında və martın əvvəlində də müşahidə olunub. Ötən ilin son ayı ilə müqayisədə yanacağın qiyməti təxminən 20-25 tetri ucuzlaşıb.
Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvilinin sözlərinə görə, Gürcüstanda qiymətlərin azalması beynəlxalq bazarda son aylarda baş verən hadisələrlə əlaqədardır.