• İQTİSADİYYAT

    17:17 20 may 2019

SOCAR Gürcüstanda daha bir YDM-i Avropa şəhərinə uyğun tərtib edib

"SOCAR Georgia Petroleum" (SGP - SOCAR brendli yanacaqdoldurma şəbəkəsinin sahibi) futbol üzrə 2020-ci ilin Avropa Çempionatına (Avro-2020) hazırlaşır və turnir başlayanadək Gürcüstanda üçüncü yanacaqdoldurma məntəqəsini yarışa ev sahibliyi edəcək şəhərlərin birinə - Qlazqoya uyğun tərtib edib.

ONA-nın SGP-yə istinadən verdiyi məlumata görə, sözügedən stansiya Gombori aşırımı (Kaxetiya) ərazisində yerləşir.

Qeyd edək ki, Avro-2020 oyunları 12 şəhərdə baş tutacaq, onların arasında Roma (fəaliyyətdədir), Amsterdam (fəaliyyətdədir), Qlazqo, Budapeşt, Kopenhagen, Bilbao, Buxarest, Münhen, Dublin, Bakı, London və Sankt-Peterburq var. Bununla əlaqədar olaraq SOCAR bəzi yanacaqdoldurma məntəqələrini turnirin ev sahibi şəhərləri atmosferində tərtib etmək qərarına gəlib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR