SOCAR və Gürcüstan tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
  • İQTİSADİYYAT

  • 10:19 01 Aprel 2019

SOCAR və Gürcüstan tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Gürcüstanın baş naziri Mamuka Baxtadze perspektivli tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

ONA-ya SOCAR-dan verilən xəbərə görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub. SOCAR-ın prezidenti Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüş keçirib. Görüşdə tərəflər arasındakı əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətlərinə toxunulub, perspektivli tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rövnəq Abdullayev səfər çərçivəsində "SOCAR Energy Georgia" şirkətinin Tbilisidə yerləşən baş ofisində keçirilən işgüzar iclasda iştirak edib. "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov şirkətin 2018-ci il üzrə əsas əməliyyat nəticələrini məruzə edib, 2019-cu il üçün nəzərdə tutulan strateji fəaliyyət planı barədə ətraflı məlumatlar verilib. İclasda şirkətin 2019-cu il üçün nəzərdə tutulan fəaliyyət planı ilə bağlı təlimatlar verilirib və əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

Emil İsmayılov

Teqlər: SOCAR Rövnəq Abdullayev Gürcüstan

OXŞAR XƏBƏRLƏR