• İQTİSADİYYAT

    04:14 19 oktyabr 2019

SOCAR-ın Ankarada yeni ofisinin açılışı oldu - FOTO

“Türkiyədə Aksaray vilayətində ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ çox nadir layihələrdən biridir. Açıq beynəlxalq tenderdə dünyanın nəhəng şirkətləriilə rəqabətə girib bu tenderdə qalib gəldik. Belə bir nadir layihədə bizə olunan etimadı Azərbaycan neft sənayesinə və neft-qazma texnalogiyamıza verilən yüksək qiymət kimi dəyərləndirirk”.
SOCAR Abşeron Qazma Şirkətinin (AQŞ) bu gün Ankarada yeni ofsinin aşılışı zamanı şirkətin rəhbəri Ramin İsayev APA -nın yerli bürosuna açıqlamasında bu fikirləri bildirib.
Qaz doldurulması üçün 40 ədəd duz mağarasını hazırlamaqdan ötrü AQŞ-nin qazma işlərini aparacağını deyən şirkət rəhbəri ilkin mərhələdə bu layihənin gələn ilin sentyabrda başa çatdırılmasının nəzərdə tutulduğunu bildirib: “Amma Türkiyədəki biznes tərəfdaşlarımızın bizə verdiyi məlumatlara görə, başqa imkanlar da var, istər təbii neft-qaz yataqlarının istehsalı üçün quyuların qazılmasında, istərsə də bu layihədə olduğu kimi, yeraltı qaz anbarları üçün qazma işlərinin aparılmasında Abşeron Qazma Şirkətinin xüsusi texnalogiyasından istifadə oluna bilər. Regionda da çoxlu sayda neft-qaz quyularının qazılması səbəbindən biz gələcəkdə də Türkiyədə fəaliyyətimizi davam etdirmək niyyətindəyik”.
Ramin İsayev deyib ki, SOCAR AQŞ-nin Ankara ofisnin fəaliyyətinin genişlənməsi Azərbaycan iqtisadiyyatına da divident gətirəcək: “Azərbaycan vətəndaşlarının bir qismi Ankara ofisində yüksək əməkhaqqı ilə iş imkanı əldə edəcəklər və iş həcmi artdıqca gələcəkdə həm ofisin, həm də qazmada birbaşa iştirak edən işçilərin sayının artırılması da nəzərdə tutulur. Eyni zamanda düşünürük ki, Azərbaycandakı işçilərimizi də vaxtaşırı bura ezam etməklə onlara həm beynəlxalq iş təcrübəsi qazandıraq, həm də təcrübə mübadiləsi edək. Azərbaycan neftçiləri, qazmaçıları dünyanın bir çox ölkələrində daim yenilikçi kimi tanınıblar, hər zaman öndə olublar. Bizim bu işimiz də Azərbaycanın 173 illik tarixi olan neft-qazma sənayesinin gücünü, qüdrətini göstərməkdir. Bütün bunlar isə ölkəmizə əlavə iqtisadi və siyasi dividentlər gətirməsi deməkdir”.
Şirkət rəhbəri hesab edir ki, Aksaray vilayətində ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsinin icrası eyni zamanda Türkiyənin enerji təhlükəsizliyinə də böyük töhfə verəcək.
Qeyd edək ki, SOCAR AQŞ-nin Ankara ofisinin açılışı Azərbaycanın Dövlət Müstəqilliyi günü şərəfinə 18 oktyabrda olub.
Açılışda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib. Səfir bildirib ki, Azərbaycan Dövlət Müstəqilliyi günü ilə eyni vaxtda SOCAR AQŞ-nin Ankarada fəaliyyətə başlaması şirkətin üzərinə əlavə məsuliyyət də qoyur: “Azərbaycan Türkiyədə qaz-neft sahəsində bir çox uğurlu layihələrə imza atıb. Abşeron Qazma Şirkətinin də belə şərəfli bir gündə fəaliyyətə başlaması daha bir layihənin uğurlu olacağını düşünməyə əsas verir”.
Tədbirdə SOCAR AQŞ-nin mətbat meneceri Sənubər Nəzərova şirkət haqqında geniş məlumat verib.
Açılış mərasimində Türkiyə Prezident Adminstrasiyasının Sağlıq, Qida Qurumu sədri, Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq Qrupunun keçmiş rəhbəri Necdət Ünüvar da iştirak edib. O da ASQ-nin fəaliyyətinə uğurlar diləyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR