SOCAR-ın Gürcüstandakı Kulevi neft terminalı (“Black Sea Terminal”) 2008-ci il mayın 16-dan bu günədək 25 mln. ton neft və qaz məhsulları aşırıb.
Terminaldan ONA-ya verilən məlumata görə, aşırılmış məhsulların 41%-i qazoyl və kerosin, 35%-i mazut, 16%-i xam neft , 8%-i isə başqa məhsulların payına düşüb.
Qeyd edək ki, terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya kerosini, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.