Ötən ilin nəticələrinə görə, SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları 71 055 min ton təşkil edib ki, bu da 2017-ci ilin nəticələri ilə müqayisədə 1,3% çoxdur.
“APA-Economics”in SOCAR-in Davamlı inkişaf üzrə hesabatına istinadən verdiyi məlumata əsasən, 2018-ci ilin nəticələrinə görə, şirkətin təsdiq olunmuş qaz ehtiyatları 45 692 mln. kubmetr olub.
Hesabata əsasən, 2018-ci ildə şirkət 7 542,3 min ton neft (1,6%-lik artım) və 6 525,6 mln. kubmetr qaz (7,2%-lik artım) hasil edib.
SOCAR-ın ölkə hüdudlarında və eləcə də Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ötən il hasil etdiyi neftin 6 255,9 min tonu “Azneft” İB-nin, 1 286,4 min tonu isə Şirkətin payçı olduğu yataqların payına düşüb.
2018-ci il ərzində quru və dəniz sahələrində ümumilikdə 65 yeni hasilat quyusu, fəaliyyətsiz quyu fondundan isə 94 quyu təmir edilib istismara təhvil verilib.
Hesabat ilində şirkət emal üçün 6 090,5 min ton (artım 4,7%) neft və 2 952,2 mln. kubmetr qaz (1,2% artım) göndərib.