Azərbaycanın təbii qazı Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana, Trans-Anadolu qaz kəməri (TANAP) ilə isə Türkiyəyə nəql edilir.
ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
Onun sözlərinə görə, Avropa Xəzər dənizi qazını səbirsizliklə gözləyir.
"Tələbat artır. Bu, aydın məsələdir. Biz Cənub Qaz Dəhlizi bölgəsində olan ölkələrin qaza olan tələbatını və bu qaz dəhlizinə qoşulmaq istəyən ölkələri görürük", - deyə V. Bəylərbəyov qeyd edib.