• İQTİSADİYYAT

    09:49 24 may 2019

SOCAR İstanbul Hava Limanında gündə 10 min avtomobili yanacaqla təmin edəcək

“SOCAR Turkey” şirkəti İstanbul Yeni Hava Limanında maye yanacaqdoldurma məntəqələri ilə gün ərzində 10 min nəqliyyat vasitəsini yanacaqla təmin edəcək.

ONA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “SOCAR Turkey” şirkətinin rəhbəri Zaur Qəhramanov bildirib.

Onun sözlərinə görə, SOCAR istehlakçıların ehtiyaclarını hava limanının ayrı-ayrı sahələrində yerləşən 9 yanacaq doldurma məntəqəsi vasitəsi ilə təmin edəcək.

“Dünyadakı ən böyük hava limanı olan İstanbul Hava Limanında işə başlaması SOCAR üçün strateji və mühüm bir məsələdir”, - deyə Z. Qəhramanov əlavə edib.

Qeyd edək ki, “SOCAR Turkey” İstanbulun yeni hava limanına təyyarə yanacağının əsas tədarükçülərindən biri kimi də tenderin qalibi olub, yeni hava limanına ildə 700 min ton təyyarə yanacağı çatdırılacaq.

Emil

Teqlər:

SON XƏBƏRLƏR