SOCAR dünya bazarında neftə olan qiymətlərin 2019-cu ilin sonuna cüzi artacağını gözləyir. ONA-nın Türkiyənin "Anadolu Ajansı"na istinadən verdiyi xəbərə görə, bunu SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.
Onun sözlərinə görə, SOCAR-ın bu il büdcəsində neftin qiymətlərinin bir barel üçün 60 dollar hesablanıb: "Bu il neftin qiymətinin dalğavari şəkildə dəyişəcəyini və ilin sonunda cüzi artacağını gözləyirik", - deyə V. Əliyev əlavə edib.
O qeyd edib ki, SOCAR qlobal neft və qaz bazarında inteqrasiya olunmuş oyunçu olaraq, daha mənfi ssenarilərə və qiymətlərin aşağı düşməsi risklərinə hazırdır.