• İQTİSADİYYAT

    16:59 30 aprel 2019

SOCAR qeyri-neft məsullarının ixracını azaldıb

Bu ilin yanvar-mart SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 43,1 mln. ABŞ dolları həcmində qeyri-neft sektoru məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azdır.

ONA-nın Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına istinadən verdiyi məlumata görə, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında birinci yerdə qərarlaşıb.

Siyahıda növbəti yerləri "Azərenerji" ASC (38,4 mln. dollar), "Azəralüminium" MMC (19,1 mln. dollar), "Azergold" QSC (13 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (4,5 mln. dollar), "CTS-Agro" MMC (2,4 mln. dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (1,2 mln. dollar), "Bakı Neft Maşınqayırma Zavodu" TASC (310 min dollar), "Azəripək" MMC (135 min dollar), "Azərbaycan Dəmir Yolları" QSC (85 min dollar) bölüşdürüblər.

Emil

Teqlər:

SON XƏBƏRLƏR