Hazırda SOCAR Rusiyada hər hansı bir aktivlərin alınması məsələsini nəzərdən keçirmir. ONA-nın mlumatəna görə, bunu jurnalistlərə açıqlamasında şirkətin Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev deyib.
“Bu gün Rusiyada yataqlarla bağlı danışıqlar mərhələsində heç bir mövzumuz yoxdur. Biz hər variantlara baxırıq, amma danışıqlar masası arxasında kiminləsə yataq işlənməsi, "upstream" layihəsi ilə bağlı danışıqlar aparmırıq”, - deyə V. Əliyev bildirib.
Qeyd edək ki, aprelin əvvəlində SOCAR-ın "New Stream"ın Antipinskiy neft emalı zavodunu və bir sıra neft yatağını satın ala bilməsi barədə məlumat yayılmışdı. SOCAR neft emalı zavodunu (100%) və ona məxsus olan Orenburq vilayətində yerləşən "Moqutovskoye", "Qremyaçevski" və "Vorontsovsk" neft yataqlarının bir hissəsinə sahib ola biləcəyi barədə deyilirdi. SOCAR "simvolik" məbləği ödəyib və zavodun 3 mlrd. ABŞ dolları məbləğində borcunu öz üzərinə götürərək şirkətin aktivlərinin 100% əldə edəcəyi bildirilirdi.