SOCAR Rusyada Antipinskiy neft emalı zavodunun alınması məsələsinə baxır.
ONA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
"Hazırda bu məsələ üzrə işlər aparılır", - deyə R. Abdulllayev qeyd edib.
Rusiya bazarının böyük olduğunu qeyd edən Rövnəq Abdullayev sözügedən ölkədə neft emalı zavodunun alınması sahəsində işlərin aparılmasını bildirib: "Hələ bu məsələ ilə bağlı bir nəticə əldə edilməyib".
Qeyd edək ki, aprelin əvvəlində SOCAR-ın "New Stream"ın Antipinskiy neft emalı zavodunu və bir sıra neft yatağını satın ala bilməsi barədə məlumat yayılmışdı. SOCAR neft emalı zavodunu (100%) və ona məxsus olan Orenburq vilayətində yerləşən "Moqutovskoye", "Qremyaçevski" və "Vorontsovsk" neft yataqlarının bir hissəsinə sahib ola biləcəyi barədə deyilirdi. SOCAR "simvolik" məbləği ödəyib və zavodun 3 mlrd. ABŞ dolları məbləğində borcunu öz üzərinə götürərək şirkətin aktivlərinin 100% əldə edəcəyi bildirilirdi.