Bir neçə aya Siyəzəndə alçaqtəzyiqli qaz yığılaraq əhalinin istifadəsinə veriləcək.
ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında çıxış edən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib.
"Alçaqtəzyiqli qazlarla bağlı BMT ilə birgə həyata keçirdiyimiz layihədə qrant hesabına kompressorlar alınıb. Hazırda Siyəzəndə 8 kompressor quraşdırılıb. Bir-iki aydan sonra alçaqtəzyiqli qaz yığılaraq əhalinin istifadəsinə veriləcək", - deyə R. Hüseynzadə qeyd edib.