"SOCAR Turkey" şirkəti tərəfindən tikintisi planlaşdırılan yeni neft-kimya kompleksinin istismara verilməsinədək SOCAR-ın Türkiyədəki "Star" neft emalı zavodu ildə 500 mln. ABŞ dolları dəyərində xam neft-kimya məhsulu ixrac edəcək.
ONA-nın "SOCAR Turkey"ə istinadən verdiyi məlumata görə, 6,3 mlrd. dollarlıq yatırım sayəsində yaradılan "Star" neft emalı zavodu "SOCAR Turkey" tərəfindən tikintisi planlaşdırılan yeni neft-kimya kompleksinin istismara verilməsinədək ildə 500 mln. dollarlıq xam neft-kimya məhsulu ixrac edəcək.
Qeyd edək ki, SOCAR və BP-nin Türkiyədə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin ("Merkuri" layihəsi) tikintisinə 2020-ci ildə başlanacağı gözlənilir. Kompleksin 2023-cü ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulub.
Kompleksə aromatiklər və saflaşdırılmış tereftal turşusu (PTA) müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək.