SOCAR Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Ar-Ge” (texnologiya araşdırması və inkişafı) mərkəzinin qurulmasına 1,5 milyard dollar sərmayə qoyacaq.
ONA-nın Türkiyənin Sabah qəzetinə istinadən verdiyi məlumata görə, bunu “SOCAR Türkiye” şirkətinin Daşınmaz əmlak və inşaat işləri idarəsinin direktoru Anar Məmmədov bildirib.
A. Məmmədov bu günə qədər SOCAR-ın Türkiyəyə 14,5 milyard-15 milyard dollar civarında sərmayə qoyduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, ümumilikdə 19,5-20 milyard dollar sərmayə qoyulması planlaşdırılıb ki, sərmayənin qalan qismi də qarşıdakı 3-4 il ərzində qoyulacaq: “Hazırda Ege bölgəsində neftlə bağlı qurulan ən böyük “Ar-Ge” mərkəzinin layihələndirilməsi mərhələsindəyik, bu il inşaat işlərinə başlayacağıq. 2020-ci ilin sonuna qədər layihəni bitirmək niyyətindəyik. Bu mərkəzdə neft-kimya məhsulları, enerjiyə qənaət və materiallarla bağlı araşdırmalar aparılacaq”.