SOCAR və BP şirkətlərinin Türkiyədə birgə inşa edəcəyi yeni neft-kimya kompleksinin tikintisi təxminən 1,8 mlrd. ABŞ dollarına başa gələcək. ONA-nın Türkiyənin "Anadolu Ajansı"na istinadən verdiyi xəbərə görə, bu barədə SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.
Onun sözlərinə görə, yeni kompleksin 2023-cü ildə istifadəyə veriləcəyi planlaşdırılır.
Qeyd edək ki, yeni neft-kimya kompleksinin ("Merkuri" layihəsi) tikintisinə 2020-ci ildə başlanacağı gözlənilir.
Kompleksə aromatiklər və saflaşdırılmış tereftal turşusu (PTA) müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək.