• İQTİSADİYYAT

    15:58 19 aprel 2019

SOCAR yataqların işlənməsi üzrə xarici şirkətlərlə danışıqlar aparır

SOCAR “Ümid-Babək” yataqlar blokunun işlənilməsi üzrə Rusiyanın "Lukoil" və Fransanın "Total" şirkətləri ilə danışıqlar aparır. ONA-nın məlumatına görə, bunu SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, digər şirkətlər də bu yataqlara maraq göstərir.

Bundan başqa, V. Əliyevin bildirib ki, "Ümid" yatağında ikinci platformanın da tikintisi planlaşdırılıb. Bu sahədə işlər müəyyən edilmiş plan çərçivəsində gedir. Yeni özülün tikintisi yeni tərəfdaşların cəlb edilib-edilməməyindən asılı olmayaraq aparılacaq.

Qeyd edək ki, "Ümid” yatağında SOCAR üzrə ən yüksək debitli quyu qazılıb istismara verilib. Quyudan illik 900 mln. kebmetrədək təbii qaz hasil olunacaq.

Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6 810 metr dərinliyində qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debitli bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlanıb. Quyunun potensial hasilatı gündəlik 2,5 mln. kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR