Son 23 ildə Azərbaycanın neft-qaz sektoruna 100,6 mlrd. ABŞ dolları investisiya yatırılıb. ONA-nın məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında bildirib.
Onun sözlərinə görə, 23 ildə Azərbaycana yatırılan ümumi investisiyaların həcmi 263 mlrd. dollar təşkil edib.
Neft-qaz sektoruna edilən investisiyaların böyük hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənilməsinə yönəldilib.
P. Şahbazov onu da qeyd edib ki, bu layihəyə indiyədək 36 mlrd. dollar investisiya yönəldilib.
“AÇG blokundan indiyədək 485 mln. ton neft və 158 mlrd. kubmetr qaz hasil edilib”, - deyə nazir əlavə edib.