• İQTİSADİYYAT

    18:23 22 aprel 2019

"Star" neft emalı zavodu saxlama gücünü 56% artıracaq

SOCAR-ın İzmirdə yerləşən "Star Rafineri" neft emalı zavodunun xam neft və neft məhsullarının saxlama gücü 1,6 mln. kubmetrdən 2,5 mln. kebmetrə çatdırılacaq. ONA-nın xəbərinə görə, bunu "Star Rafineri"nin baş direktoru Mesut İlter bildirib.

Onun sözlərinə görə, əlavə investisiya sayəsində "Star"ın xam neft və neft məhsullarının saxlama gücünün artırılması prosesi 2020-ci ildə başa çatdırılacaq.

"Həcmlərin artırılması prosesinin bir hissəsi bu ilin iyul ayında bitəcək, 2020-ci ilin sonuna isə işlər tam başa çatdırılacaq", - deyə M. İlker qeyd etdi.

Emil

Teqlər:

SON XƏBƏRLƏR