SOCAR-ın Türkiyədə ki STAR Neft Emalı Zavodunun (NEZ) illik emal gücü artıq 11 mln. tona çatdırılıb.
ONA-nın məlumatına görə, bu barədə İstanbulda keçirilən mətbuat konfransında SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə"nin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, zavodun ilkin gücü 10 mln. ton təşkil edirdi.
Z. Qəhrəmanov onu da vurğulayıb ki, STAR NEZ-in ümumi dəyəri 7 mlrd. ABŞ dolları təşkil edir.
Zavodun rəhbəri əlavə edib ki, "Petkim" neft-kimya kompleksi bu ili ən yüksək göstərici ilə tamamlayacaq. İl ərzində kompleksdə istehsal edilən məhsulunun 60%-i daxili bazara (tələb yüksək olduğundan – red.) yönəldilib, 40%-i isə xaricə satılıb.