• İQTİSADİYYAT

    16:06 22 aprel 2019

"Star Rafineri" zavodu bu il 8 mln. ton neft emal edəcək

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Petkim” neft-kimya kompleksinin ərazisində 6,3 mlrd. ABŞ dolları dəyərində inşa etdiyi “Star Rafineri” neft emalı zavodu bu il 8 mln. ton neft emal edəcək. ONA-nın məlumatına görə, bunu “Star Rafineri”nin baş direktoru Mesut İlter deyib.

Onun sözlərinə görə, zavodun emal gücünün 10 mln. ton olmasına baxmayaraq, bu il NEZ 8 mln ton neft emal edəcək.

M. İlter qeyd edib ki, zavod yalnız bu ilin mart ayında tam gücü illə işləməyə başlayıb, və bu, ümumi emal səviyyəsinə öz təsirini göstərəcək: “Gələn il emal göstəriciləri 10 mln. tona çatdırılacaq”.

M. İlterin sözlərinə görə, indiyədək zavod 15 mln. barelə yaxın neft emal edib. Bundan başqa, bu ay NEZ 900 min tona yaxın neft emal ediləcək və bu həcmin emalı bundan sonra hər ay təmin ediləcək, bu da ildə 10 mln. ton neftin emalı deməkdir.

Zavodun rəsmisi onu da bildirib ki, “Star” bu ilin sonunadək təxminən 4 mln. ton dizel yanacağı istehsal edəcək, bu həcmlərin 3,5 mln. tonu daxili bazara yönəldiləcək.

Dizel yanacağının satışı daxili bazarda aprel ayında başlayıb. Daha əvvəl dizel yanacağının ixracı həyata keçirilirdi. Bundan sonra ixrac həcmləri azaldılacaq və onlar daxili bazara yönəldiləcək.

M. İlterin qeyd edib ki, hazırda NEZ məhsulunu 12-13 istiqamət üzrə ixrac edir.

“Hazırda zavodda "Urals" markalı neft emal edilir, buna baxmayaraq, NEZ-də sınaq işləri aparılır və may ayından etibarən burada başqa neft markalarının da emalı təmin ediləcək”, - deyə M. İlter vurğulayıb.

Qeyd edək ki, “Star”da 100 növə yaxın neftin emalı mümkündür. Zavodu neftlə “SOCAR Trading” təmin edir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR