Yasamal rayonu Süleyman Dadaşov küçəsində təmir işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, təmir işləri Süleyman Dadaşov küçəsinin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissədə həyata keçirilir. Bildirilir ki, təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 ədəd baxış qapağı yenisi ilə əvəz olunacaq, bundan başqa küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqsədi ilə 8 ədəd yeni işıq dirəyi quraşdırılacaq.
Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kv.m sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Agentliyin məlumatına əsasən, işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb.