Sumqayıtın 8-ci, 9-cu, 10-cu, 11-ci, 17-ci, 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində bu gün fasilə yaranacaq.
ONA-ya “Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr müxtəlif saatlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək. Fasiləyə səbəb Sumqayıt Dəmiryolu İdarəsi tərəfindən aparılan tunel-keçid tikintisidir.
Bu səbəbdən ərazidən elektrik xətlərinin köçürülməsi işləri aparılır.
"Azərişıq" ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyir.