• İQTİSADİYYAT

    18:26 16 aprel 2019

Sumqayıtda infrastruktur layihələrinə 2 milyard manat investisiya qoyulub

“Sumqayıtda infrastruktur layihələrinə 2 milyard manatdan çox investisiya qoyulub”.

Bu barədə ONA-nın yerli bürosuna Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.

Onun sözlərinə görə, şəhərdə 2015-ci illə müqayisədə 2018-ci ildə ümumi məhsul buraxılışı 2.5 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə, orta aylıq əmək haqqı 18,4 faiz artıb. Yerli büdcə xərcləri 2015-ci ildə 30,0 milyon manat olmuşdusa, 2018-ci ildə yerli büdcə xərcləri dotasiyasiz 44,0 milyon manat təşkil edib. Yəni, 2015-ci illə müqayisədə 46 faiz artıb.

Mətbuat katibi bildirib ki, Sumqayıt şəhərində 2015-2018-ci illər ərzində infrastruktur layihələrinə 2 milyard manatdan çox investisiya qoyulub, 25540 yeni iş yeri açılıb: “2018-ci ildə ümumi məhsul buraxılışı 2 milyard manat, sənaye müəssisələrində məhsul istehsalı 1 milyard 300,0 milyon manat həddini ötüb”.

E. Qocayev bildirib ki, son 3 ildə Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib: “Sumqayıt şəhərində ümumilikdə 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənilib. Şəhərin 26 məhəllə və mikrorayon ərazisində isə ümumilikdə 1,5 milyon kvadratmetr əraziyə asfalt vurulub”.

Ramil Zeynallı

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR