Sumqayıt şəhərində “AZPAL” QSC-yə məxsus yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb.
ONA-nın yerli bürosunun məlumatına görə, metallurgiya şlaklarının təkrar emalı üçün mövcud avadanlıqlar ölkəmizdə ilk dəfə olaraq Sumqayıt şəhərində bu müəssisədə quraşdırılıb.
Sənaye tullantılarının təkrar emalı müəssisəsinin istifadəyə verilməsi Sumqayıt şəhəri üçün mühüm iqtisadi və ekoloji əhəmiyyət kəsb edir. Belə ki, yeni müəssisənin istifadəyə verilməsi nəticəsində illər boyu burada yığılmış metallurgiya şlaklarının təkrar emalı həyata keçiriləcək. Təkrar emal nəticəsində çınqıl, tikinti qumu və dəmir qalıqları ayrılaraq müxtəlif sahələrdə, eyni zamanda yol tikintisində istifadə olunacaq.
Müəssisədə ilkin mərhələdə 100-ə yaxın şəhər sakini işlə təmin olunub.
Ramil Zeynallı