Sumqayıtda və Corat, Novxanı, Saray, Ceyranbatan, “Metallurq bağları”nda qaz təchizatı dayandırılır
  • İQTİSADİYYAT

  • 10:07 19 Avqust 2019

Sumqayıtda və Corat, Novxanı, Saray, Ceyranbatan, “Metallurq bağları”nda qaz təchizatı dayandırılır

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərinin bir neçə məhəllə və mikrorayonunda, eləcə də Corat, Novxanı, Saray, Ceyranbatan və “Metallurq bağları” yaşayış sahələrində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, bu müddət ərzində “Şəhər-4” orta təzyiqli qaz kəmərindən ayrılan qollarda siyirtmələrin əvəzlənməsi işləri aparılacaq.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR