• İQTİSADİYYAT

    13:34 26 aprel 2019

Sumqayıtın magistral qaz xətti yenilənir

Sumqayıt şəhərini təbii qazla təchiz edən magistral xəttinin yenilənməsinə başlanılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Sülh küçəsindən keçən qaz xətti istismar müddətini başa vurduğundan yenilənməsinə ehtiyac yaranıb.

Bu məqsədlə "Azəriqaz" İB-nin Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən şəhərin Sülh küçəsində qaz xəttinin yenilənməsinə başlanılıb. Aparılan işlərlə bağlı şəhərin qaz təchizatında heç bir fasilə yaranmayacaq. Bu xətt şəhərin bütün məhəllələrini və 1, 5 və 6-cı mikrorayonlarını əhatə edir.

Yeni xətt istismara verildikdən sonra köhnə xəttin ləğv edilməsi prosesinə başlanılacaq.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR