Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.
ONA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.
Qeyd edək ki, Bakıda üfüqi nişanlanma xətləri ilk dəfə olaraq Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində çəkilib.