Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
ONA-nın məlumatına görə, bu barədə “Azərsu” ASC-nin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək.
“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda qeyd olunub.