Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi 2019-cu ildə (yanvar ayında) Azərbaycandan Türkiyəyə nəql edilən qazın həcminin artmasında mühüm rol oynayıb. ONA-nın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə 2019-cu ilin yanvar ayında Azərbaycandan 808 mln. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 36% çoxdur (2018 yanvar ayına olan göstərici - 594,15 mln. kubmetr). Bununla da, Azərbaycan Türkiyənin ümumi qaz idxalında üçüncü yerdə qərarlaşıb.
EPDK məlumatına görə, yanvar ayında boru kəməri ilə Türkiyəyə Rusiyadan təxminən 1,84 mlrd. kubmetr təbii qaz idxal edilib, bu da keçən ilin yanvarına nisbətən 31,62 % azdır.
“Yanvarda Azərbaycandan boru xətlərilə alınan təbii qazın həcmi 808 milyon kubmetrlə ən yüksək səviyyəyə çatdı. TANAP qaz boru kəmərinin tətbiqi bu sahədə mühüm rol oynayıb”, - EPDK qeyd edir.
TANAP-la Azərbaycanın təbii qazı Türkiyəyə və oradan da Avropaya nəql ediləcək.