Albaniya ərazisində Trans-Adriatik qaz kəmərinin (TAP) inşası çərçivəsində qaz kompressor stansiyasının tikinti işlərinin 85%-i artıq yekunlaşdırılıb.
ONA-nın TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, stansiyada yerləşən üç kompressor qurğusu qazın TAP ilə nəqlində mühüm rol oynayacaq.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.