• İQTİSADİYYAT

    10:49 24 may 2019

TAP Konsorsiumu: Marşrutun ən yüksək nöqtəsində tikinti işlərinə başlanılıb

Trans-Adriatik qaz boru kəmərinin (TAP) layihəsi çərçivəsində tikinti işləri marşrutun ən yüksək nöqtəsi olan Marta aşırımında (Albaniya) aparılır.

TAP Konsorsiumundan ONA-ya verilən məlumata əsasən, sözügedən ərazi dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə yerləşir.

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP-ın inşasına başlanılandan bəri 87,5% işlər yekunlaşıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Emil

Teqlər:

SON XƏBƏRLƏR