• İQTİSADİYYAT

    17:25 16 aprel 2019

TAP layihəsi üzrə Yunanıstan və Albaniyada boruların 99%-i qaynaq edilib

Trans-Adriatik Qaz Boru Kəmərin (TAP) tikintisi layihəsi çərəivəsində Yunanıstan və Albaniyada ərazisində 99% borular qaynaq edilib.

ONA-nın TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, sözügedən ərazidə 97% boru artıq torpaq altına düzülüb.

Bundan başqa, kəmər marşrutu üzrə Yunanıstan və Albaniyada 89% torpaq bərpa edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Emil

Teqlər:

SON XƏBƏRLƏR