Tərtərin Xoruzlu kəndi yaxınlığında baş verən yol qəzası səbəbindən rayonun iki kəndinə (Xoruzlu və Kəbirli) elektrik enerjisinin verilməsində yaranan fasilə aradan qaldırılıb.
Bu barədə ONA-ya "Azərişıq"ASC-dən bildirilib.
Qeyd olunub ki, Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Tərtər elektrik şəbəkəsi 35/10 kilovoltluq "Seyid Yusifli" yarımstansiyasından çıxan 3 saylı 10 kilovoltluq Xoruzlu hava xətti dayağı gecə saatlarında bərpa olunub.
Xatırladaq ki, yol qəzası səbəbindən hər iki kəndə gələn yüksək gərginlikli elektrik xəttininin zədələməsi, kəndlərə işığın verilməsinə mane olub və nəticədə ümumilikdə 600-dən çox ev işıqsız qalmışdı.